|
Azərbaycan Gənclər Fondu 4 – cü Qlobal Gənclər Məşğulluq Sammitinnin təşkil olunmasında iştirak etmişdir 21-11-2008
4 – cü Qlobal Gənclərin Məşğulluq Sammiti Bakıda Gülüstan sarayında 24 – 27 sentyabr 2008 tarixlərində həyata keçirilmişdir. Bu dünya miqyaslı tədbir Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və QMS(YES) Azərbaycan şəbəkəsi tərəfindən təşkil olunmuşdu. Gənclər Fondu YES kampaniyasının Azərbaycanda yaradılmasının təşəbbüskarlarından biri olmuşdur və Sammitin təşkil olunmasında Gənclərin Məşğulluq Sammitinin (YES) Milli Komitəsində şərəflə təmsil olunmuşdur. Sammitin məqsədi gənclərin məşğulluq sahəsində və gənclərin məşğulluq siyasətinin yeni milli strategiyasını qurmaqda beynəlxalq təcrübəni öyrənməyə yönəlmişdir. Bu tədbir 50 ölkədən 450 iştirakçını bir yerə toplamışdı ki, bunun 100 nəfəri Azərbaycanı təmsil edirdi və 25 iştirakçı ölkənin kənd bölgələrini təmsil edən Azərbaycan Gənclər Fondunun gənclərindən seçılmişdi.
Açılış mərasimi Azərbaycan Respublikası Gənclər və İdman Naziri, sammitin həmsədrləri Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva, Misir Ərəb Respublikasının birinci xanımı Süzanna Mübarək Azərbaycanın rəsmi strukturlarının nümayəndələri tərəfindən həyata keçirilmişdir.
Sammitin gündəliyinə əsasən Azərbaycan Gənclər Fondu 25 sentyabr 2008 tarixində “Kiçik Qrantlar Proqramı və Təsirinin Qiymətləndirilməsi” sessiyasını aparmışdır. Vernon Ringland və Qurban Kərimbəyli çıxış etmişlər ki, öz çıxışlarında onlar gənclər banklarının gənclərin məşğulluğu ilə əlaqədar gördüyü işlərdən danışmışlar. Çıxışlardan sonra sessiyanın iştirakçılarına Azərbaycan Gənclər Fondunun film və təqdimatı göstərilmişdir.
Sammit Gənclər Bankı komitə üzvləri üçün Azərbaycan Gənclər Fondunu beynəlxalq səviyyəli tədbirdə təmsil etdirmək baxımından əhəmiyyətli imkan idi.
Sammit GMS (YES) Bakı bəyannaməsinin qəbul edilməsi ilə sona çatdı. Növbəti sammitin 2010 – cu ildə İsveçdə həyata keçirilməsi nəzərdə tutulub.
Geri |