Ana səhifə
Necə qatılmalı?
Gənclər Fondu sizin üçün nə edə bilər?
Xəbərlər
Haqqımızda
Əlaqə
Faydalı linklər
Yükləmələr
Fotoqalereya
Forum
Azeri version English version

Xəbərlər

Azərbaycan Gənclər Fondu 4 – cü Qlobal Gənclər Məşğulluq Sammitinnin təşkil olunmasında iştirak etmişdir
21-11-2008

4 – cü Qlobal Gənclərin Məşğulluq Sammiti Bakıda Gülüstan sarayında 24 – 27 sentyabr 2008 tarixlərində həyata keçirilmişdir. Bu dünya miqyaslı tədbir Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və QMS(YES) Azərbaycan şəbəkəsi tərəfindən təşkil olunmuşdu. Gənclər Fondu YES kampaniyasının Azərbaycanda yaradılmasının təşəbbüskarlarından biri olmuşdur və Sammitin təşkil olunmasında Gənclərin Məşğulluq Sammitinin (YES) Milli Komitəsində şərəflə təmsil olunmuşdur. Sammitin məqsədi gənclərin məşğulluq sahəsində və gənclərin məşğulluq siyasətinin yeni milli strategiyasını qurmaqda beynəlxalq təcrübəni öyrənməyə yönəlmişdir. Bu tədbir 50 ölkədən 450 iştirakçını bir yerə toplamışdı ki, bunun 100 nəfəri Azərbaycanı təmsil edirdi və 25 iştirakçı ölkənin kənd bölgələrini təmsil edən Azərbaycan Gənclər Fondunun gənclərindən seçılmişdi.

Açılış mərasimi Azərbaycan Respublikası Gənclər və İdman Naziri, sammitin həmsədrləri Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva, Misir Ərəb Respublikasının birinci xanımı Süzanna Mübarək Azərbaycanın rəsmi strukturlarının nümayəndələri tərəfindən həyata keçirilmişdir.

Davamı...

“Qlobal Gənclər Təşəbbüsləri” Gənclər Bankı Liderlərinin Beynəlxalq Konfransı
21-11-2008

Qlobal Gənclər Təşəbbüsləri” Gənclər Bankı Liderlərinin Beynəlxalq Konfransı Şimali İrlandiyanın İcma Fondu, YES (Gənclərin Məşğulluq Sammiti) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə tərəfdaşlıq çərçivəsində 21 – 23 sentyabr 2008 tarixlərində Bakıda, Crescent Beach Hotel mehmanxanasında keçirilmişdir.

Konfrans 7 Beynəlxalq GB liderlərini bir yerə toplamışdır: Şimali İrlandiya İcma Fondundan Vernon Ringland, Almaniya Gənclər Bankından Hahn Kristian, Fələstindən Qeşavi Tuqan, Rumıniya Gənclər Bankından Simona Kristina Serban, Gürcüstan Gənclər Bankından Maya Tavadze, Zaur Darqallı və Rəna Nurməmmədova, həmçinin Azərbaycan Gənclər Fondunun 25 nümayəndəsi və AƏF işçiləri (ümumilikdə 40 iştirakçı).

Davamı...

“Bərabərlik naminə müxtəlifliyi qeyd et” və “Gənclər Bankı Liderlərinin Qlobal Gənclər Təşəbbüsləri Beynəlxalq Konfransına hazırlıq” adlı Avropa Şurasının Avropa Gənclər Fondu ilə birgə Gənclər Fondu Yay Düşərgəsi
21-11-2008

Gəncə Gənclər Fondu “Gələcəyə Körpü” Gənclər Təşkilatı ilə birgə Avropa Şurasının Avropa Gənclər Fonduna 11 icmadan Azərbaycan Gənclər Fondu komitə üzvləri üçün “Bərabərlik naminə müxtəlifliyi qeyd et” adlı layihə təklifi ilə qrant üçün müraciət etmişdir. Bu ideya uğurlu olmuş və Avropa Şurasının Avropa Gənclər Fondu yuxarıda qeyd olunan layihənin həyata keçirilməsinə 6000 Avro ayırmışdır.

Yay düşərgəsi 12 – 15 sentyabr 2008 tarixlərində Qax rayonunda Green Park Mehmanxanasında təşkil olunmuşdur.
3 gün yarım davam edən tədbir 6 “təlimçi”, 11 gənclər fondlarından 40 komitə üzvləri və AƏF işçiləri olmaqla 50 iştirakçını bir yerə toplamışdır. Qaradağ Sement Şirkətinin təcrübəçisi Karin Yohansson da tədbirdə iştirak etmişdir. O da İsveçdəki gənclər işi ilə əlaqədar təcrübəsini yerli iştirakçılarla bölüşmüşdür.

Davamı...

Lənkəran Gənclər Fondu ilə birgə “Azərbaycan Bar Düşərgəsi -- 2008”qeyri formal konfransı təşkil etmişdir
21-11-2008

“Bar Düşərgəsi – Azərbaycan” təşkilatı Lənkəran Gənclər Fondu ilə birgə 29 – 31 avqust 2008 tarixlərində Lənkəran rayonunda “Bar Düşərgəsi – Azərbaycan 2008” qeyri – formal konfransını təşkil etmişdir.

Bar Düşərgəsi yeni media, bloqlar, podkastlar, sosial şəbəkələşmə, vətəndaş jurnalistliyi, veb 2.0, açıq mənbə və digər sahələr üzrə unikal beynəlxalq qeyri – formal konfransdır. Qeyri – formal konfransa açıq təqdimatlar, görüşlər və işçi qruplar, iştirakçıların özləri tərəfindən keçirilən sessiyalar daxildir. Tədbirin əsas məqsədi dünyada yeni media layihələrinin inkişafını stimullaşdırmaq olmuşdur. Bar Düşərgəsi təcrübələri bölüşmək və yeni media inkişafının ümumi görünüşünü yaratmaq üçün effektiv vasitə olmuşdur.

Davamı...

Təlimçilərin Təlimi sessiyasının iştirakçıları tərəfindən yeni Gənclər Fondu Komitə Üzvləri üçün həyata keçirilən 1 – ci regional görüş
21-11-2008

Avrasiya Əməkdaşlıq Fondunun Azərbaycan Gənclər Fondu Təlimçilərin Təlimi sessiyasının iştirakçıları tərəfindən 16 – 18 avqust 2008 tarixlərində Qəbələ rayonunda yerləşən “Qəbələ” mehmanxanasında “Genişlənmə və təbliğatın inkişaf potensialının qurulması, icma ehtiyaclarının qiymətləndirilməsi metodologiyası” adlı 1 – ci regional görüş keçirmişdir. Görüş Zaqatala, Mingəçevir, Bərdə, Dəvəçi, Biləsüvar və Sahil rayonlarında yenicə təsis edilmiş GF – dan olan 42 GF komitə üzvlərini, 6 Təlimçilərin Təlimi iştirakçılarını və AƏF işçilərini (ümumilikdə 50 iştirakçı) bir araya gətirmişdir.

Davamı...

Sahil Gənclər Fondu Komitə Üzvləri üçün istiqamətləndirici təlim kursu keçirilmişdir
21-11-2008

Sahil Gənclər Fondu Komitə Üzvləri üçün orientasiya təlimi görüşü (15 GF komitə üzvləri, yerli QHT – lərdən 2 məsləhətçi, AƏF əməkdaşları və yerli tərəfdaşlar – ümumilikdə: 26 iştirakçı daxil olmaqla) 29 avqust – 1 sentyabr 2008 – ci il tarixlərində “Crescent Beach Hotel” mehmanxanasında keçirilmişdir.

Davamı...

Sahil Gənclər Fonduna Komitə üzvlərinin seçilməsi
21-11-2008

2008 – ci ilin iyun ayı AƏF Proqram Meneceri və Koordinatoru Sahil qəsəbəsində effektiv marketinq aparmaqla genişləndirmə fəaliyyəti təşəbbüsü ilə çıxış etdilər. GFKÜ – nin və Proqram işçilərinin köməyi ilə müxtəlif qeyri – hökümət, hökümət təşkilatları və qeyri – formal gənclər qrupları ilə birlikdə qəsəbədə bir neçə görüş təşkil olunmuşdur. “Müşfiq” Xeyriyyə Cəmiyyəti, 16 № - li litsey və Gənclər və İdman Nazirliyinin Qaradağ Rayonu üzrə yerli departamenti ilə birgə tərəfdaşlıq edərək proqram işçiləri və Gənclər Fondu Komitə Üzvləri Avrasiya Əməkdaşlıq Fondunun Sahil qəsəbəsinə genişlənməsi təfərrüatlı şəkildə təsvir edilmiş Gənclər Fondunun bütün lazımi materiallarını payladılar. Genişlənmə kampaniyası ərzində proqram işçiləri Sahil Gənclər Fondu komitə üzvü olmağa namizədliyə 50 ərizə forması topladılar.

Davamı...

Gənclər Fondu komitə üzvləri USAİD – nin Avropa və Avrasiya üzrə Administratoru Köməkçisinin Müavini Cənab Ken Yamaşita ilə görüşdülər
21-11-2008

27 iyul 2008 – ci il tarixində USAİD – nin Avropa və Avrasiya üzrə Administratoru Köməkçisinin Müavini Cənab Ken Yamaşita ölkənin cənub regionlarına rəsmi səfərinin bir hissəsi kimi Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Gənclər Fondunun Şəki, Lənkəran, Biləsüvar və Gəncədən olan komitə üzvləri ilə görüşmüşdür. Görüşün məqsədi ABŞ BİA – nin yüksək rütbəli nümayəndələrini Azərbaycan Gənclər Fondu Proqramına təqdim etməkdən və proqramın məqsədlərini və nailiyyətlərini qarşı tərəfə aydın şəkildə izah etmək, Azərbaycan Gənclər Fondu Proqramı çərçivəsində Azərbaycanın kənd icmalarında gənclərin iştirakı məsələlərini və Lənkəran Gənclər Fondu tərəfindən maliyyələşdirilən gənclərin həyata keçirdiyi layihələri müzakirə etməkdən ibarət idi.

Davamı...

Gənclər Fondu tərəfindən Yeni Layihələr maliyyələşdirilmişdir
21-11-2008

Öz fəal əhatəli kampaniyalarının nəticəsi olaraq Azərbaycanın beş regionunda Gənclər Fondları öz uyğun icmalarında yaşayan gənclərdən vacib ehtiyacların ödənilməsinə yönəlmiş latihələri həyata keçirməyi nəzərdə tutan ümumilikdə 68 ərizə forması qəbul etdilər. Ilkin nəzərdən keçirmə prosesindən sonra komitə üzvləri 48 müraciətçini müsahibələrə dəvət etdilər və yekun olaraq maliyyələşdirmə üçün 29 layihə seçdilər.

Davamı...

“Qlobal Gənclər Təşəbbüsləri” adlı Beynəlxalq Konfrans 21 Sentyabr – 23 Sentyabr 2008
04-08-2008

Azərbaycan Gənclər Fondu proqramı Şimali İrlandiya İcma Fondu, YES (Gənclər Məşğulluq Sammiti) İnc., Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Avrasiya Əməkdaşlıq Fondu ilə Əməkdaşlıqedərək 2008 – ci il 21 – 23 sentyabr tarixində “Qlobal Gənclər Təşəbbüsləri” Beynəlxalq Konfransına ev sahibliyi edəcək. Konfrans müxtəlif ölkələrdən olan 5 Gənc Bank liderlərini və Azərbaycandan 25 Gənclər Fondu liderlərini bir yerə toplayacaq.
Konfransın məqsədi şəbəkə yaratmaq üçün platformanı və ən yaxşı təcrübələri bölüşmək üçün imkanları təmin etməklə müxtəlif ölkələrdən Gənc Bank nümayəndələrini bir yerə toplamaqdır. Təcrübələrin mübadiləsi üçün imkanların təmin edilməsi ilə bu konfrans cəmiyyətdə fəal iştirak və vətəndaşlıq üçün vacib olan, gənc insanların bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş gənclərin dayanıqlı iş proqramlarını inkişaf etdirməkdə Gənc Bank liderlərinə yardım edilməsinə həsr olunacaq.
Konfrans Azərbaycanda, Bakı şəhərində keçiriləcək və bura Gənclər Banklarının mövcud olduğu müxtəlif yerlərdə mədəniyyətlər arası məlumatlılığı artırmaq, qarşılıqlı anlaşma və müxtəlif həyat səviyyələrinə uyğunlaşma yaratmaq üçün gənclər tərəfindən idarə olunan layihələrin idarə olunması və Gənclər Bankı nəzəriyyəsi sahəsində müvafiq mövzular üzrə işləmək üçün iştirakçılara imkanlar verən görüşlər və müzakirələri daxdir.

Davamı...

1 2 3 4 5 6 7 8 9

Avrasiya Fondu Azərbaycan Nümayəndəliyi Cənclər Fondu Programı Digital Stream