|
Azərbaycan Gənclər Fondu 4 – cü Qlobal Gənclər Məşğulluq Sammitinnin təşkil olunmasında iştirak etmişdir 21-11-2008
4 – cü Qlobal Gənclərin Məşğulluq Sammiti Bakıda Gülüstan sarayında 24 – 27 sentyabr 2008 tarixlərində həyata keçirilmişdir. Bu dünya miqyaslı tədbir Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və QMS(YES) Azərbaycan şəbəkəsi tərəfindən təşkil olunmuşdu. Gənclər Fondu YES kampaniyasının Azərbaycanda yaradılmasının təşəbbüskarlarından biri olmuşdur və Sammitin təşkil olunmasında Gənclərin Məşğulluq Sammitinin (YES) Milli Komitəsində şərəflə təmsil olunmuşdur. Sammitin məqsədi gənclərin məşğulluq sahəsində və gənclərin məşğulluq siyasətinin yeni milli strategiyasını qurmaqda beynəlxalq təcrübəni öyrənməyə yönəlmişdir. Bu tədbir 50 ölkədən 450 iştirakçını bir yerə toplamışdı ki, bunun 100 nəfəri Azərbaycanı təmsil edirdi və 25 iştirakçı ölkənin kənd bölgələrini təmsil edən Azərbaycan Gənclər Fondunun gənclərindən seçılmişdi.
Açılış mərasimi Azərbaycan Respublikası Gənclər və İdman Naziri, sammitin həmsədrləri Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva, Misir Ərəb Respublikasının birinci xanımı Süzanna Mübarək Azərbaycanın rəsmi strukturlarının nümayəndələri tərəfindən həyata keçirilmişdir.
Davamı... “Qlobal Gənclər Təşəbbüsləri” Gənclər Bankı Liderlərinin Beynəlxalq Konfransı 21-11-2008
Qlobal Gənclər Təşəbbüsləri” Gənclər Bankı Liderlərinin Beynəlxalq Konfransı Şimali İrlandiyanın İcma Fondu, YES (Gənclərin Məşğulluq Sammiti) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə tərəfdaşlıq çərçivəsində 21 – 23 sentyabr 2008 tarixlərində Bakıda, Crescent Beach Hotel mehmanxanasında keçirilmişdir.
Konfrans 7 Beynəlxalq GB liderlərini bir yerə toplamışdır: Şimali İrlandiya İcma Fondundan Vernon Ringland, Almaniya Gənclər Bankından Hahn Kristian, Fələstindən Qeşavi Tuqan, Rumıniya Gənclər Bankından Simona Kristina Serban, Gürcüstan Gənclər Bankından Maya Tavadze, Zaur Darqallı və Rəna Nurməmmədova, həmçinin Azərbaycan Gənclər Fondunun 25 nümayəndəsi və AƏF işçiləri (ümumilikdə 40 iştirakçı).
Davamı...
|